Adnan Əhmədzadə bir ildir həbsdədir – istintaq davam edir
İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan iş adamı Adnan Əhmədzadənin həbsindən bir il keçir.
Əhmədzadə 2025-ci ilin sentyabrında DTX-nin istintaqı çərçivəsində saxlanılıb. Səbail Rayon Məhkəməsində keçirilən baxış zamanı onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan sonra məhkəmə qərarları ilə onun həbsdə saxlanılma müddəti uzadılıb. 2026-cı ilin yanvarında Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs müddətinin uzadıldığı bildirilib. Mart ayında isə müddət daha iki ay artırılıb.
Adnan Əhmədzadə əvvəllər SOCAR-ın müxtəlif rəhbər vəzifələrində çalışıb. O, şirkətin İnvestisiya departamentinin sabiq rəhbər müavini olub.
Hazırda onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq davam edir.
