Lənkəranda yeniyetmə döyülüb, reanimasiyaya yerləşdirilib
Lənkəranda 16 yaşlı yeniyetmənin döyülməsi ilə bağlı araşdırma başlanılıb.
Hadisə rayonun Kərgəlan kəndində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü E.İ. tanışları ilə mübahisə zamanı döyülüb. Hadisənin kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verdiyi bildirilir.
İlkin məlumata əsasən, mübahisə zamanı E.İ.-yə fiziki xəsarət yetirilib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və kəllədaxili travma şübhəsi ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin nəzarətində olan yeniyetmənin vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu qeyd edilir.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, şübhəli şəxs qismində İ.B. saxlanılıb.
Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.