
Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş etməkdə təqsirləndirilən Xəyal Əli-Zadənin cinayət işi üzrə məhkəmə araşdırmasına başlanılıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında iş üzrə ilk məhkəmə prosesi baş tutub.
Prosesdən sonra Vüsal Şilderin anası Mətanət Şilder və ailənin vəkili Fərid Həsənov mediaya açıqlama veriblər.