Sabunçuda ağır qəza: qadın xəstəxanada vəfat etdi
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Hadisə sentyabrın 13-də Sabunçu bazarının qarşısında olub. E.Bəhramzadənin idarə etdiyi “Mercedes E-Class” markalı avtomobil yolu keçən 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.
Qadın tibbi yardım göstərilməsi üçün Sabunçu Tibb Mərkəzinə aparılıb. Buna baxmayaraq, o, xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb və istintaq tədbirləri davam etdirilir.
Sosial şəbəkələrdə paylaş