Dəniz faciələri: Yayda həyatını itirən tanınmış şəxslər kimlərdir? – FOTOLAR
Bu ilin yayında Azərbaycanda dənizdə baş verən boğulma hadisələri bir sıra ailələr üçün ağır itkilərlə nəticələnib.
Həyatını dənizdə itirənlər arasında ictimaiyyətə tanış simalar – media əməkdaşı, müstəntiq və musiqiçi də olub.
Məqsəd Məmmədli
AzTV-nin İnformasiya Proqramları studiyasında prodüser kimi çalışan 35 yaşlı Məqsəd Məmmədli bu il dənizdə həyatını itirən şəxslərdən biridir.
44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məqsəd Məmmədlinin meyiti Mərdəkan ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr məsafədə, nəzarətsiz ərazidə tapılıb.
Seymur Allahverdiyev
“Krosna” qrupunun solisti Seymur Allahverdiyev də bu ilin yayında dənizdə boğularaq dünyasını dəyişib.
1996-cı il təvəllüdlü müğənninin meyiti avqustun 11-də Buzovna qəsəbəsində aşkarlanıb.
FHN-in məlumatına əsasən, hadisə xilasetmə məntəqəsindən təxminən 2 kilometr uzaqda yerləşən nəzarətsiz ərazidə baş verib.
Ümid Hüseynli
Dəniz faciəsinin qurbanlarından biri də Qubadlı Rayon Prokurorluğunun müstəntiqi Ümid Hüseynli olub.
2000-ci il təvəllüdlü Ümid Taməddin oğlu Hüseynli iyulun 25-də Sumqayıtın Corat qəsəbəsində dənizdə boğulub.
Məlumata görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,5 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə qeydə alınıb.