Sabiq diplomat barədə cinayət işi məhkəməyə göndərildi
Azərbaycanın Sankt-Peterburq şəhərində sabiq Baş konsulu Sultan Qasımov barəsində araşdırılan cinayət işi üzrə istintaq başa çatıb.
APA xəbər verir ki, Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın yekun nəticələrinə əsasən, cinayət işi baxılması üçün məhkəməyə göndərilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Azərbaycanın Yekaterinburqdakı ilk Baş konsulu təyin edilib. 2016-cı ildə bu vəzifədən geri çağırılıb.
Həmin il mayın 3-də Sankt-Peterburqda Azərbaycanın Baş konsulu vəzifəsinə təyin olunan Sultan Qasımov 21 oktyabr 2024-cü ildə vəzifəsindən geri çağırılıb.
Sosial şəbəkələrdə paylaş
