
Siqnaldan sonra ticarət mərkəzində olan şəxslərin təhlükəsizlik məqsədilə təxliyə edildiyi bildirilib.
“Gənclik Mall”ın məlumat mərkəzindən verilən açıqlamada hadisənin səbəbinin ticarət mərkəzində yaranmış problem olduğu qeyd edilib.
Məlumata görə, problem artıq aradan qaldırılıb.