Anasını öldürən şəxs 18 il həbs cəzası aldı – məhkəmədə dəhşətli təfərrüatlar
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Emil Ağayev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il yanvarın 24-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.
İttihama əsasən, Emil Ağayev anası Həyat Ağayevanı öldürüb. Məhkəmədə təqdim olunan ittihama görə, hadisədən əvvəl o, anasını evə çağırıb, daha sonra qadına fiziki zor tətbiq edib. İstintaq materiallarında ölümün boğma və bıçaq xəsarətləri nəticəsində baş verdiyi qeyd olunub.
Məlumata görə, hadisədən sonra Emil Ağayev saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi və anasına böhtan atması ilə bağlı iddialar var.
