Sabunçuda “intihar” kimi təqdim olunan ölümün qətl olduğu üzə çıxıb
Sabunçu rayonunda baş verən ölüm hadisəsinin intihar deyil, qətl olduğu müəyyənləşib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqlanaraq öldürülüb.
A.Azizova polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Sosial şəbəkələrdə paylaş
