Bayram Məmmədovun qardaşı Elvin Məmmədov vəfat edib.
NOCOMMENT.az-ın məlumatına görə, avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov gecə saatlarında Sabunçu xəstəxanasına çatdırılıb və orada dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik məlum deyil.
Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat etmiş Bayram Məmmədovun qardaşıdır.
Məsələ ilə bağlı Penitensiar Xidmət və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.