2025-də həbs edilən insan alverçiləri
2025-ci ildə məhkəmələr tərəfindən 14 insan alverçisi (ikisi keçmiş illərdən olmaqla) azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Urbaninfo.az-ın məlumatına görə, sözügedən məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Bildirilib ki, məhkumlardan 4-ü kişi, 10-u qadındır.
2025-ci ildə insan alveri, seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma, fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli axtarışda olan 31 təqsirləndirilən şəxsdən 15-i, o cümlədən 3 insan alverçisi tutulub.
Sosial şəbəkələrdə paylaş
