25 yaşlı oğlan faciəvi şəkildə öldü
Ağdamda 25 yaşlı oğlan ehtiyatsızlıqdan ölüb.
Hadisə rayonun Zəngişalı kəndi ərazisində baş verib.
Rayon sakini 2001-ci il təvəllüdlü Mahmudlu Hikmət Sadiq oğlu iş görən zaman ehtiyatsızlıqdan traktora qoşulu torpaq əzən texnika işə düşərək ona xəsarətlər yetirib.
Baş vermiş hadisə nəticəsində H.Mahmudlu həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
Sosial şəbəkələrdə paylaş
