Binəqədidə DƏHŞƏTLİ HADİSƏ: Ölənlər var - VİDEO
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
News Baku.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə bu saatlarda Binəqədi rayonunun "Baksol yolu" adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Sosial şəbəkələrdə paylaş
