İqtisadiyyat - Urbaninfo.az

Bitkoinun qiyməti 62 min dollardan aşağı düşdü
Cümə axşamına keçən gecə, iyunun 4-də keçirilən ticarət əməliyyatları zamanı bitkoinin dəyəri 62 min ABŞ dollarından aşağı enib. Bunu Binance kriptobirjasının məlumatları göstərir.

Ticarət göstəricilərinə əsasən, müəyyən anda kriptovalyuta 61,4 min dollara satılıb ki, bu da fevralın əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyədir.

“Alfa-Forex” şirkətinin müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneyderman bildirib ki, yaxın vaxtlarda bitkoinin qiyməti iki dəfə azalaraq 33 min dollara qədər enə bilər. Onun sözlərinə görə, bunun əsas səbəbi qlobal “risk-off” rejimidir. Bu şəraitdə investorlar riskli aktivlərdən kütləvi şəkildə imtina edirlər.

Bundan əvvəl keçirilən sorğuda iştirak edən Rusiya vətəndaşlarının 58 faizi vaxtında bitkoin almadıqlarına görə peşman olduqlarını bildiriblər. İtirilmiş maliyyə imkanları arasında ikinci yeri dolları 30 rubl məzənnəsi ilə almaq (29 faiz) tutub. Respondentlərin daha 19 faizi isə illik 6,5 faizlə güzəştli ipoteka kreditindən yararlanmaq istədiklərini qeyd ediblər

Rusiyanın Azərbaycana kənd təsərrüfatı ixracının həcmi 800 milyon dollara çatır
Rusiyadan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının illik dəyəri təxminən 800 milyon ABŞ dolları təşkil edir.

Bu barədə Rusiya İxrac Mərkəzinin (REC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev Bakıda keçirilən “Rusiya istehsalı” qala-şam yeməyində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru Rusiyanın Azərbaycan bazarına ixracında əsas istiqamətlərdən biridir və bu sahə iki ölkə arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayır.

Nuri Quliyev həmçinin qeyd edib ki, Rusiya şirkətləri Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan sərgilərdə fəal iştirak edərək məhsul və xidmətlərini uğurla təqdim edirlər.

Bakıda keçirilən “Rusiya istehsalı” tədbiri Rusiya istehsalçıları ilə Azərbaycan iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Tədbirin əsas məqsədi tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, ixrac imkanlarını artırmaq, Rusiya məhsullarının Azərbaycan bazarındakı mövqeyini gücləndirmək və yeni birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaratmaqdır.

Gürcüstan Orta Dəhlizin inkişafı üçün Dünya Bankından 372 milyon dollar kredit alacaq
Gürcüstan yaxın vaxtlarda Orta Dəhlizin inkişafına yönəldiləcək iri həcmli maliyyə dəstəyi əldə edəcək. Dünya Bankı ölkəyə bu məqsədlə 372 milyon dollar kredit ayırmağa hazırdır.

Maliyyə vəsaitinin əsas hissəsi nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərf olunacaq. Layihə çərçivəsində “Gürcüstan Dəmir Yolları” üçün yeni lokomotivlərin alınması nəzərdə tutulur. Köhnə elektrovozların yenilənməsi nəticəsində lokomotivlərin istifadəyə hazırlıq səviyyəsinin 95 faizə çatdırılması, şirkətin gəlirlərinin isə təxminən 20 faiz artması gözlənilir.

Kredit hesabına maliyyələşdiriləcək digər mühüm layihə Kaxeti bölgəsində yerləşən Badiauri–Bakurtsixe dördzolaqlı avtomobil magistralının tikintisidir. Yeni yolun istifadəyə verilməsi Telavi ilə Poti arasında səyahət müddətini təxminən 43 dəqiqə azaltmağa imkan verəcək.

Məlumata görə, Dünya Bankının ayıracağı 372 milyon dollar daha geniş – ümumilikdə 750 milyon dollarlıq maliyyə paketinin bir hissəsidir. Qalan vəsaitin isə Asiya İnfrastruktur İnvestisiya Bankı və Asiya İnkişaf Bankı tərəfindən təmin olunması nəzərdə tutulur. Lakin həmin kreditlər hələlik təsdiqlənməyib.

Ekspertlərin fikrincə, layihələrin reallaşdırılması Gürcüstanın Orta Dəhlizdə tranzit imkanlarını artıracaq, regionun logistika və nəqliyyat potensialının güclənməsinə töhfə verəcək.

“Akkuyu” AES-in dörd enerji blokunun əsas avadanlıqları Türkiyəyə çatdırılıb
Türkiyədə inşa edilən Akkuyu Atom Elektrik Stansiyası üçün nəzərdə tutulan dörd enerji blokunun fəaliyyəti üçün vacib avadanlıqlar artıq ölkəyə çatdırılıb.

“Akkuyu Nükleer” şirkətinin məlumatına görə, bütün dörd enerji blokunun reaktor zalları üçün əsas avadanlıqlar – reaktor korpusları və buxar generatorları istehsal edilərək Türkiyəyə gətirilib.

Bildirilib ki, Rosatom gələcək atom elektrik stansiyasının bütün enerji blokları üçün ümumilikdə 7 min tondan artıq avadanlıq hazırlayıb. Bunlara yeni nəsil VVER-1200 tipli dörd reaktor korpusu və 16 buxar generatoru daxildir.

Avadanlıqlar dəniz yolu ilə təxminən 3 min kilometrlik marşrut üzrə daşınıb.

Şirkət qeyd edib ki, dördüncü enerji bloku üçün avadanlıq dəstinin çatdırılması layihənin istehsal və logistika zəncirinin sabit işlədiyini göstərir. Tikinti konstruksiyaları hazır olduqca, növbəti montaj mərhələləri üçün tələb olunan avadanlıqlar stansiya ərazisinə çatdırılır.

Mütəxəssislərin sözlərinə görə, bu avadanlıqlar “Akkuyu” AES-in bütün obyektlərində tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün vacibdir.

Xatırladaq ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl stansiyanın birinci enerji blokundan elektrik enerjisinin verilməsinin cari ilin oktyabr ayında başlaya biləcəyini bildirmişdi.

Rusiya Ermənistan məhsullarını Azərbaycanın meyvə-tərəvəzi ilə əvəzləməyi planlaşdırır
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Moskva Ermənistandan idxal olunan meyvə-tərəvəz məhsullarını Azərbaycan istehsalı ilə əvəz etməyi planlaşdırır.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinə gəldikdə, Azərbaycan Rusiyaya Ermənistandan daha çox məhsul tədarük etmək imkanına malikdir.

B.Titov qeyd edib ki, Rusiya və Azərbaycan kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükündə mühüm tərəfdaşlardır. Belə ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixrac edir, Rusiya isə Azərbaycana taxıl göndərir.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini vurğulayıb

Yaxın Şərqdəki gərginlik aviabiletləri bahalaşdırdı: qiymətlər əlavə 10-15% artıb
Yaxın Şərqdəki münaqişə və yanacaq qiymətlərinin artması fonunda dünya üzrə aviabiletlərin qiyməti ənənəvi yay bahalaşmasından əlavə olaraq daha 10-15% yüksəlib.

Münaqişənin əsas təsiri Yaxın Şərqin turizm və tranzit marşrutlarından faktiki olaraq kənarda qalması ilə bağlıdır. Nəticədə nəqliyyat xərclərinin artması turizm sektorunda ən ciddi problemlərdən birinə çevrilib.

Vəziyyəti qlobal yanacaq bazarındakı böhran da ağırlaşdırır. Bu səbəbdən dünyanın aparıcı aviaşirkətləri uçuş proqramlarını yenidən nəzərdən keçirməyə məcbur olurlar.

Yüksək tələbat fonunda mövcud reyslərin sayının azalması aviabiletlərin qiymətlərinin daha da bahalaşmasına gətirib çıxarır.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları regionda nəqliyyat və turizm bazarına ciddi təsir göstərib. Buna baxmayaraq, tərəflər arasında əldə olunan atəşkəs və sonrakı danışıqlar vəziyyətin tam sabitləşməsinə gətirib çıxarmayıb.

Azərbaycanda yağ məhsullarının istehsalı açıqlandı
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda yağ məhsullarının istehsalında minlərlə tonluq həcm qeydə alınıb.

Məlumata görə, hesabat dövründə ölkədə:

🔹 7 946,3 ton kərə yağı,
🔹 18 298,7 ton duru bitki yağı,
🔹 8 138,1 ton marqarin istehsal olunub.

Beləliklə, istehsal həcminə görə ilk yerdə duru bitki yağları qərarlaşıb. Kərə yağı və marqarin istehsalı isə ümumilikdə 16 min tondan çox olub.

Qida sənayesinin əsas istiqamətlərindən olan yağ məhsullarının istehsalına dair daha ətraflı göstəricilər “Sosial-iqtisadi inkişaf. Yanvar–aprel 2026” hesabatında yer alıb.

SOCAR Avropaya daha çox qaz verməyə hazırdır
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan qaz ixracını artırmağa və Cənub Qaz Dəhlizini genişləndirməyə hazırdır. Onun sözlərinə görə, bunun üçün Avropa tərəfdaşları ilə uzunmüddətli qaz alış müqavilələri bağlanmalı və layihənin genişləndirilməsi maliyyələşdirilməlidir.

Rövşən Nəcəf qeyd edib ki, Azərbaycan qazının ixrac coğrafiyası genişlənib və hazırda qaz Avropa ölkələri, Gürcüstan, Türkiyə ilə yanaşı Suriyaya da çatdırılır. Strateji tərəfdaşlıq çərçivəsində Avropaya qaz tədarükünün 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. SOCAR rəhbəri vurğulayıb ki, Azərbaycan qazı etibarlı enerji mənbəyi olaraq qalır və xarici tərəfdaşlar əlavə həcmlərin alınmasına böyük maraq göstərirlər.

Bakıda Enerji Həftəsi başladı: Transxəzər Yaşıl Enerji Dəhlizi müzakirələrin mərkəzindədir
Bakıda ənənəvi Enerji Həftəsi çərçivəsində 31-ci Bakı Enerji Forumu işə başlayıb. Tədbirin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Prezident həmçinin 31-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin və 14-cü Xəzər Beynəlxalq “Təmiz Enerji” sərgisinin açılışını edib. Tədbirlər Bakı Ekspo Mərkəzində keçirilir.

Bu il Enerji Həftəsinin əsas mövzularından biri Mərkəzi Asiyanın enerji potensialının inkişafıdır. Forum çərçivəsində Mərkəzi Asiyanın enerji keçidi üzrə investisiya məsələləri müzakirə olunacaq, həmçinin Transxəzər Yaşıl Enerji Dəhlizinin inkişafına təkan verəcək sənədlərin imzalanması nəzərdə tutulur.

Tədbirdə “yaşıl enerji” təşəbbüslərinə də xüsusi diqqət ayrılır. Günəş və külək enerjisi sahəsində yeni layihələrin hüquqi rəsmiləşdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunur.

BMT-yə Kim Nə Qədər Ödəyir? Azərbaycanın Üzvlük Haqqı və Dünya Dövlətləri ilə Müqayisə
Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti üzv dövlətlərin ödədiyi üzvlük haqları hesabına maliyyələşdirilir. Hər il təşkilatın müntəzəm büdcəsinin formalaşdırılması üçün dövlətlər müəyyən edilmiş kriteriyalar əsasında maliyyə öhdəliklərini yerinə yetirirlər. 28 may 2026-cı il tarixinə olan məlumata görə, BMT-yə üzvlük haqqını tam şəkildə ödəyən ölkələrin sayı 111-ə çatıb.

Azərbaycan da bu siyahıda yer alır. Ölkəmiz 2026-cı il üzrə BMT-nin müntəzəm büdcəsinə 1 milyon 81 min 698 ABŞ dolları məbləğində üzvlük haqqı ödəyib. Müqayisə üçün qeyd etmək olar ki, qonşu Gürcüstanın üzvlük haqqı 286 min 332 dollar, Ermənistanın ödədiyi məbləğ isə 222 min 702 dollar təşkil edib.

BMT-yə ən böyük maliyyə töhfəsini verən ölkələr sırasında Yaponiya ön sıralardadır. Bu ölkənin 2026-cı il üzrə ödədiyi üzvlük haqqı 221 milyon 861 min 490 dollara bərabərdir. Almaniya Federativ Respublikası isə 182 milyon 227 min 359 dollar ödəyib. Türkiyənin təşkilata illik töhfəsi 21 milyon 793 min 32 dollar təşkil edir.

BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə nəzər saldıqda məlum olur ki, Fransa 123 milyon 693 min 873 dollar, Böyük Britaniya 127 milyon 958 min 73 dollar, Rusiya Federasiyası isə 67 milyon 137 min 109 dollar üzvlük haqqı ödəyib. Dünyanın ən böyük iqtisadiyyatları hesab olunan ABŞ və Çin isə may ayının sonuna olan məlumata görə hələlik öz ödənişlərini həyata keçirməyiblər.

Siyahının digər ucunda isə ən az üzvlük haqqı ödəyən ölkələr dayanır. Burundi və Kiribati hər biri 31 min 790 dollar ödəməklə BMT büdcəsinə ən kiçik töhfə verən dövlətlər sırasındadır.

BMT üzvlük haqlarının hesablanması zamanı əsasən ölkələrin iqtisadi gücü, ümumi milli gəliri və adambaşına düşən gəlir göstəriciləri nəzərə alınır. Bununla belə, rəqəmlər göstərir ki, əhalinin sayı həmişə ödənilən məbləğin həcmini müəyyən etmir.

Məsələn, Norveçin əhalisi Azərbaycanın əhalisindən təxminən iki dəfə az olsa da, bu ölkənin BMT-yə ödədiyi üzvlük haqqı 20 milyon 905 min 563 dollardır. Eyni zamanda, cəmi 11 min kvadrat kilometr əraziyə və təxminən 2,5 milyon nəfər əhaliyə malik Qətər 7 milyon 838 min 994 dollar üzvlük haqqı ödəyib.

Bu faktlar göstərir ki, BMT üzvlük haqlarının müəyyən edilməsində ölkənin ərazi ölçüsü və ya əhalisinin sayı deyil, daha çox iqtisadi potensialı və maliyyə imkanları əsas rol oynayır. Başqa sözlə, dövlət büdcəsinin həcmi, ümumi daxili məhsul və adambaşına düşən gəlir göstəriciləri ölkələrin təşkilat qarşısındakı maliyyə öhdəliklərinin formalaşmasında həlledici amillər kimi çıxış edir.

Azərbaycanın ödədiyi 1 milyon dollardan artıq üzvlük haqqı ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirdiyini göstərməklə yanaşı, onun qlobal təsisatların fəaliyyətinə verdiyi töhfənin də göstəricisi hesab oluna bilər.
Qeyd: Məqalədə Sahib Məmmədovun yazısından istifadə edilib.