Büdcə gəlirləri 29,3 milyard manatı ötüb
İlk doqquz ayda dövlət büdcəsinin xərcləri 25,3 milyard manat olub
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri proqnozdan 2,8 faiz çox icra edilib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin ilk doqquz ayında xəzinədarlıq orqanları 984 mindən çox ödəniş tapşırığını yerinə yetirib.
Dövlət büdcəsinin gəlirləri hesabat dövründə 29 milyard 312,1 milyon manata bərabər olub. Bu, proqnozdan 787,7 milyon manat və ya 2,8 faiz, 2025-ci ilin eyni dövrünün göstəricisindən isə 169,7 milyon manat və ya 0,6 faiz çoxdur.
Həmin dövrdə dövlət büdcəsinin xərcləri 25 milyard 348,2 milyon manat təşkil edib. Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 680 milyon manat və ya 2,8 faiz artım deməkdir.
İcmal büdcənin gəlirləri 36 milyard 730,8 milyon manat, xərcləri isə 30 milyard 89,9 milyon manat səviyyəsində icra olunub.
