Azərbaycan nefti 124 dollara düşüb
“Azeri Light”ın qiyməti 0,6% azalıb
Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti aşağı düşüb.
Azərbaycan neftinin 1 bareli əvvəlki göstərici ilə müqayisədə 0,75 dollar ucuzlaşaraq 124,01 ABŞ dolları təşkil edib. Bu, 0,6%-lik azalma deməkdir.
Ötən gün neftimizin 1 bareli 124,76 dollara ticarət olunub.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 dollar müəyyənləşdirilib.
Sosial şəbəkələrdə paylaş
