“Azeri Light” 125 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti bir gündə 5,5 dollar artıb
Azərbaycanın “Azeri Light” markalı neftinin dünya bazarındakı qiyməti yüksəlib.
1 barel Azərbaycan nefti 5,5 dollar və ya 4,6% bahalaşaraq 124,76 ABŞ dollarına satılıb. Bir gün əvvəl neftin qiyməti 119,26 dollar olub.
“Azeri Light”ın ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Dövlət büdcəsində 2026-cı il üçün Azərbaycan neftinin orta qiyməti 65 dollar nəzərdə tutulub.
Sosial şəbəkələrdə paylaş
