Rəşad Nəbiyev “Cisco” rəhbəri ilə görüşüb
Görüşdə rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüşüb.
Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin və “Cisco” akademiyasının yaradılması, rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
