“Azeri Light” 126 dollara yaxınlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Azərbaycan neftinin bir barelinin qiyməti 4,51 ABŞ dolları, yaxud 3,7 faiz artaraq 125,94 dollar olub. Bundan əvvəl “Azeri Light”ın qiyməti 121,43 dollar təşkil edib.
“Azeri Light”ın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində Azərbaycan neftinin bir barelinin orta qiyməti 65 dollar götürülüb.
Sosial şəbəkələrdə paylaş
