Aİ Ermənistana yeni ticarət rejimi tətbiq edir
Avropa İttifaqı Şurası Ermənistanla ticarətin liberallaşdırılmasına dair müvəqqəti tədbirləri təsdiqləyib.
Aİ Şurasının yaydığı məlumata görə, tədbirlər Ermənistan iqtisadiyyatına dəstək məqsədi daşıyır.
Yeni qaydalara əsasən, Ermənistanın Aİ-yə ixracının təxminən 80%-nə idxal rüsumları ləğv olunacaq. Güzəştlər kənd təsərrüfatı məhsulları da daxil olmaqla, bir sıra məhsullara şamil ediləcək.
Müvəqqəti ticarət tədbirləri 2 il müddətində tətbiq olunacaq.
Aİ Şurası hesab edir ki, yeni rejim Ermənistanla Aİ arasında ticarət axınlarının qorunmasına və artırılmasına kömək edəcək.
Sosial şəbəkələrdə paylaş
