Dünya bazarında neft ucuzlaşıb
Dünya bazarında neftin qiymətində kəskin eniş qeydə alınıb.
“Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,27 dollar (2,19%) azalaraq 101,60 dollar/barel olub.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,22 dollar (2,21%) geriləyərək 98,08 dollar/barel təşkil edib.
Qiymətlərin azalmasına ABŞ-İran diplomatik təmaslarının bərpa edilə biləcəyi ilə bağlı gözləntilər və Səudiyyə Ərəbistanının neft ixracını artırması səbəb olub.
Sosial şəbəkələrdə paylaş
