
Azərbaycanda muzdla işləyənlərin orta aylıq əməkhaqqında artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, avqustun 1-i vəziyyətinə ölkə üzrə orta aylıq əməkhaqqı 1176,7 manat olub. Bu göstərici illik müqayisədə 7,2 faiz yüksəlib.