
Fəxri Xanhüseyn oğlu Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri postundan azad edilib.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Məlumat üçün bildirək ki, Fəxri Kazımov 2017-ci ildən etibarən Fondun İdarə Heyətinə rəhbərlik edib.