Rusiya–Qazaxıstan arasında dəmir yolu ilə yükdaşımalar 13,8% artıb

2026-cı ilin yanvar-iyul aylarında Rusiyadan Qazaxıstana dəmir yolu ilə ixrac edilən yüklərin həcmi 19,9 milyon tona çatıb.
Bu barədə Rusiya Dəmir Yolları (RJD) məlumat yayıb.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac yükdaşımalarının həcmi 13,8% artıb. Hesabat dövründə 220 mindən çox DFE (20 fut ekvivalentində konteyner) daşınıb.
Ümumi yük axınının əsas hissəsini neft məhsulları təşkil edib. Bu kateqoriya üzrə 4,4 milyon ton yük daşınıb ki, bu da illik müqayisədə 1,1% çoxdur.
Qara metalların daşınması 3,6 milyon ton təşkil edib və 9,7% artıb. Taxıl yüklərinin həcmi isə iki dəfə artaraq 2,7 milyon tona çatıb.
RJD-nin məlumatına görə, Rusiya ilə Qazaxıstan arasında yüklərin daşınması doqquz sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir.
Bundan başqa, yüklərin bir hissəsi Çin, Özbəkistan, Qırğızıstan və Türkmənistan ərazilərindən tranzit yolu ilə daşınır.