Gürcüstanda biletsiz sərnişinlər büdcəyə 768 min dollar qazandırıb
Gürcüstanda ictimai nəqliyyatdan biletsiz istifadə edən şəxslərə tətbiq olunan cərimələr nəticəsində ilin ilk yeddi ayında dövlət və bələdiyyə büdcələrinə təxminən 768 min dollar daxil olub.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, yanvar-iyul aylarında ictimai nəqliyyatda biletsiz sərnişinlərdən bu məbləğdə cərimə tutulub.
Ölkədə şəhər ictimai nəqliyyatında gediş haqqı 0,5-1 lari təşkil edir. Biletsiz gedişə görə cərimə isə 20 laridir. Cərimə 30 gün ərzində ödənilmədikdə məbləğ 40 lariyə yüksəlir.
Sosial şəbəkələrdə paylaş
