Türkiyədə lirə daha da ucuzlaşdı: dollar 48 lirəyə çatdı
Türkiyənin milli valyutası lirənin ucuzlaşması davam edir. Son bir il ərzində lirə ABŞ dollarına nisbətdə təxminən 17 faiz dəyər itirib.
Türkiyə mediasının yaydığı məlumata görə, milli valyuta yeni tarixi minimuma düşüb.
“Sözcü” telekanalının məlumatına əsasən, avqustun 21-də səhər saatlarında dolların məzənnəsi 48 lirəyə çatıb.
Ekspertlər lirənin zəifləməsinin əsas səbəbləri arasında ölkədə inflyasiyanın yüksək səviyyədə qalmasını, qiymətlərin, o cümlədən enerji daşıyıcılarının bahalaşmasını göstərirlər. Bundan başqa, Yaxın Şərqdəki geosiyasi vəziyyətin də lirəyə təzyiq etdiyi bildirilir.
Proqnozlara görə, 2026-cı ilin sonuna qədər dolların məzənnəsi 51 türk lirəsinə yüksələ bilər.
Sosial şəbəkələrdə paylaş
