Türkiyə TPAO və Chevron neft-qaz axtarışında əməkdaşlıq edəcək

Türkiyənin dövlət neft şirkəti TPAO ABŞ-ın Chevron şirkəti ilə neft və qaz yataqlarının kəşfiyyatı üzrə əməkdaşlıq etmək niyyətindədir. Bloomberg xəbər verir ki, tərəflər arasında ilkin razılaşmalar artıq müzakirə olunur.
Məlumatda bildirilir ki, Chevron dünyanın müxtəlif regionlarında neft və qaz kəşfiyyatı və hasilatı üzrə layihələr həyata keçirir və yeni imkanları qiymətləndirməyə davam edir. Hazırda əməkdaşlıq detalları, eləcə də kəşfiyyatın aparılacağı konkret region barədə məlumat yoxdur.
Xatırladaq ki, ABŞ şirkəti əvvəllər İsrail və Kipr sahillərində geoloji araşdırmalara başlayıb. Eyni zamanda, TPAO əvvəllər ExxonMobil ilə də əməkdaşlıq sazişləri imzalamış və Ankara enerji sahəsində ABŞ-la əlaqələrini gücləndirməkdədir.
Urbaninfo.az
Sosial şəbəkələrdə paylaş