Azərbaycan Türkiyəyə qaz tədarükünü daha 15 il davam etdirəcək

Azərbaycan və Türkiyə arasında yeni qaz sazişi imzalanıb. Razılaşmaya əsasən, Azərbaycan 15 il ərzində hər il Türkiyəyə 2,25 milyard kubmetr təbii qaz tədarük edəcək.
Urbaninfo.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, ümumilikdə 33 milyard kubmetr qazın ixracını nəzərdə tutan saziş energetika nazirləri səviyyəsində imzalanıb. Qaz “Abşeron” yatağından mövcud infrastrukturdan istifadə olunmaqla Bakı–Tbilisi–Ərzurum kəməri vasitəsilə nəql ediləcək.
Məlumata görə, razılaşma 2029-cu ildən qüvvəyə minəcək və 2040-cı illərin ortalarına qədər davam edəcək. Azərbaycan hazırda Türkiyənin əsas qaz təchizatçılarından biridir.
Sosial şəbəkələrdə paylaş