Azərbaycanın qeyri neft-qaz sektoru üzrə idxalı 45,4 faiz azalıb
2026-cı ilin yanvar–may aylarında Azərbaycanın qeyri neft-qaz sektoru üzrə idxalı real ifadədə 45,4 faiz azalıb, qeyri neft-qaz ixracı isə 3,7 dəfə artıb.
İqtisadçı millət vəkili Vüqar Bayramovun rəsmi statistikaya istinadən paylaşdığı məlumata görə, idxalın azalması və ixracın artması valyuta axını baxımından müsbət göstərici hesab olunur. Onun sözlərinə görə, idxalın azalması ölkədən valyuta çıxışını məhdudlaşdırır, ixracın artması isə ölkəyə daha çox xarici valyutanın daxil olmasına şərait yaradır.
V.Bayramov bildirib ki, qeyri neft-qaz idxalındakı kəskin azalmanın əsas səbəblərindən biri minik avtomobillərinin idxalının azalmasıdır. Belə ki, bu ilin ilk beş ayında Azərbaycana 430,2 milyon ABŞ dolları dəyərində 23 min 411 avtomobil idxal olunub ki, bu da real ifadədə 40 faizlik azalma deməkdir.
Deputatın sözlərinə görə, dərman vasitələrinin idxalı da nəzərəçarpacaq dərəcədə azalıb. Hesabat dövründə bu məhsulların idxalına 192,6 milyon dollar xərclənib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalma deməkdir.
Eyni zamanda, məişət kondisionerlərinin idxalı 20 faiz, 130 milyon dollarlıq polad prokatının idxalı isə 10 faiz azalıb.
Vüqar Bayramov qeyd edib ki, hesabat dövründə çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsullarının idxalında da azalma müşahidə olunub. Onun fikrincə, bu dinamika ölkənin xarici ticarət balansı və valyuta axını baxımından müsbət qiymətləndirilə bilər.

Sosial şəbəkələrdə paylaş