Dünya Bankı Azərbaycanda nəticəəsaslı büdcə tətbiqi üzrə təlimlər keçirib

Azərbaycan Maliyyə Nazirliyi və Dünya Bankı əməkdaşlığı çərçivəsində proqram və nəticəəsaslı büdcə mexanizminin tətbiqində potensialın gücləndirilməsi üçün yeni təlim mərhələsi təşkil edilib.
12–16 yanvar tarixlərində qrup formatında keçirilən təlimlərdə "Təhsil", "Sosial müdafiə və təminat", "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi" sektorlarında fəaliyyət göstərən 49 dövlət qurumundan 150-dən çox nümayəndə iştirak edib.
Təlimlərin əsas məqsədi sektorlarda monitorinq və icra hesabatlarının hazırlanması bacarıqlarını artırmaq, həmçinin strateji hədəflərin yerinə yetirilməsini izləmə potensialını gücləndirmək olub.
Dünya Bankının ekspertləri təlimlər zamanı icra göstəricilərinin təhlili, tədbirlərin nəticələrinin qiymətləndirilməsi və praktiki monitorinq metodları üzrə interaktiv məşğələlər aparıblar.
Urbaninfo.az