Rusiyadan Azərbaycana diri heyvan tədarükü kəskin artıb

Rosselxoznadzorun məlumatına görə, 2025-ci ildə Rusiyadan Azərbaycana iri və xırdabuynuzlu mal-qaranın ixracı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Məlumat qurumun “VetİS” informasiya sisteminin göstəricilərinə əsaslanır.
Qurumdan bildirilib ki, 2025-ci il ərzində Rusiyadan Azərbaycana göndərilən iribuynuzlu mal-qaranın həcmi 65,2 faiz artaraq 38,6 min başdan 63,8 min başa çatıb.
Xırdabuynuzlu mal-qara üzrə isə Azərbaycana ümumilikdə 116,7 min baş heyvan idxal edilib.
Bundan başqa, Rusiya ilə diri heyvan ticarətini əhəmiyyətli dərəcədə artıran ölkələr sırasında Özbəkistan da yer alıb. Belə ki, Özbəkistan Rusiyadan 106,6 min baş iribuynuzlu və 36,1 min baş xırdabuynuzlu mal-qara alıb. Qırğızıstan 24 min baş iribuynuzlu, Gürcüstan isə 5,7 min baş xırdabuynuzlu mal-qara idxal edib.
Urbaninfo.az