Maliyyə nəzarətində ciddi pozuntular aşkarlanıb
Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar nəticəsində maliyyə pozuntuları və artıq ödəniş halları aşkar edilib. Urbaninfo.az xəbər verir ki, 2025-ci il və 2026-cı ilin ilk rübündə ümumilikdə 157 obyekt yoxlanılıb.
Nəticədə pozuntular aradan qaldırılıb, dövlət büdcəsinə əlavə vəsaitlərin qaytarılması təmin olunub və bəzi hallarda materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
İclasda vurğulanıb ki, nəzarət sistemində risk əsaslı yanaşma və rəqəmsal platformaların tətbiqi genişləndirilir. Bu isə maliyyə pozuntularının daha erkən aşkarlanmasına və qarşısının alınmasına imkan yaradır.
Sosial şəbəkələrdə paylaş
