Xəzinədarlıqda rəqəmsal dönüş – yeni portal və xidmətlər yaradılıb
Dövlət Xəzinədarlıq Agentliyi maliyyə idarəçiliyində rəqəmsallaşmanı sürətləndirir. Urbaninfo.az xəbər verir ki, aprelin 22-də keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib ki, “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və artıq istifadəçilər real vaxt rejimində məlumatlara vahid platformadan çıxış əldə edə bilirlər.
Bundan əlavə, xəzinə əməliyyatlarının icra müddəti əvvəlki illə müqayisədə iki dəfəyə qədər sürətlənib. Agentlik tərəfindən 75 xidmət əməliyyatı müəyyən edilib, 1000-dən çox prosesi əhatə edən 12 xidmət pasportu hazırlanıb. Bu yeniliklərin büdcə təşkilatlarında şəffaflığı və operativliyi artıracağı gözlənilir.
Sosial şəbəkələrdə paylaş
