2026-cı ilin ilk rübündə büdcədə artım var
Azərbaycanın dövlət büdcəsində 2026-cı ilin ilk rübü üzrə müsbət göstəricilər qeydə alınıb. Urbaninfo.az xəbər verir ki, maliyyə naziri Sahil Babayev Kollegiya iclasında bildirib ki, yanvar-mart aylarında büdcə gəlirləri 9,6 milyard manata çatıb və bu, proqnozdan 5 faiz çoxdur.
Xərclər isə 7,8 milyard manatdan artıq olub. Nazir qeyd edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik möhkəmlənib və bu da büdcə icrasına birbaşa müsbət təsir göstərib.
Sosial şəbəkələrdə paylaş
