Samsung: Smartfonların qiyməti arta bilər

Samsung şirkəti CES 2026 sərgisində bazarda komponent çatışmazlığı səbəbindən smartfonların qiymətinin artma ehtimalı barədə xəbərdarlıq edib. Şirkətin mobil bölməsinin həmtəsisçisi TM Roh bildirib ki, sektor “son illərin ən sərt qiymət təzyiqləri” ilə üzləşib və bu, cihazların qiymətində dəyişikliklərə səbəb ola bilər.
Bununla belə, Samsung bəzi bölgələrdə yeni Galaxy S26 flaqman seriyası üçün qiymətləri sabit saxlamağı planlaşdırır ki, Apple ilə rəqabətdə mövqeyini itirməsin. Qiymət artımı əsasən yaddaş və digər komponentlərin bahalaşmasından qaynaqlanır, bu isə yalnız smartfonlara deyil, televizorlar və digər ağıllı texnologiyalara da təsir edir.
Şirkət 2026-cı ildə süni intellekt funksiyalı 400 milyon yeni cihaz buraxmağı planlaşdırır ki, bu da Galaxy brendi altında mövcud İİ cihaz parkını ikiqat artıracaq.