İraq “Lukoyl”a məxsus iri neft yatağının idarəçiliyini milliləşdirir

İraq hakimiyyəti Rusiyanın “Lukoyl” şirkətinə məxsus “Qərbi Kurna-2” neft yatağında əməliyyat fəaliyyətinin milliləşdirilməsi barədə qərar qəbul edib. Yerli və beynəlxalq mediaya istinadən verilən məlumata görə, yatağın idarə olunması müvəqqəti olaraq İraqın dövlət neft şirkəti “Basra”ya həvalə ediləcək.
Urbaninfo.az xəbər verir ki, Reuters-in yazdığına görə, Bağdad bu addımı ABŞ-ın “Lukoyl”a qarşı tətbiq etdiyi sanksiyalar fonunda yatağın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə atıb. Qərar yalnız əməliyyat idarəçiliyinə aiddir.
Mənbələr bildirir ki, İraq hökuməti paralel olaraq “Lukoyl”un payının potensial alıcılarını axtarmağa davam edəcək. Bu prosesin təxminən 12 ay davam edəcəyi gözlənilir.
Qeyd edək ki, “Lukoyl” “Qərbi Kurna-2” yatağının əməliyyat fəaliyyətində 75 faiz paya malikdir. Sözügedən yataq dünyada ən iri neft yataqlarından biri hesab olunur.