İdman - Urbaninfo.az

Bu gecə səmada nadir mənzərə baş verəcək
Bu yay gecə səmasını izləyənlər maraqlı astronomik hadisələrin şahidi ola biləcəklər. Yupiter iyun və avqust aylarında Venera və Merkuri ilə yaxın məsafədə görünəcək.

İyunun 9-dan 10-na keçən gecə Yupiter və Venera bir-birinə maksimum yaxınlaşacaq. Göy üzünün ən parlaq iki planeti olan Yupiter və Veneranın bu “qovuşması” axşam saatlarında qərb istiqamətində aydın müşahidə ediləcək.

Avqustun 15-nə keçən gecə isə Yupiter Merkuri ilə yaxınlaşacaq. Adətən Günəşə yaxın yerləşdiyi üçün Merkuri Yer kürəsindən çətin görünür. Lakin bu dəfə planet Günəşdən kifayət qədər uzaq mövqedə olacağından səhər saatlarında onu müşahidə etmək mümkün olacaq.

Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının finalında PSJ-yə uduzmaqlarından (1:1, penaltilər seriyası - 3:4) danışıb.

Urbaninfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında deyib:

"PSJ ilə oynamaq çətindir. Buna görə də ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazandılar. Bu, həm oyunçularının bacarığı, həm də məşqçilərinin yanaşması sayəsində mümkün oldu. Onlar həqiqətən elit bir komandadırlar.

"Luis Enrike də daxil olmaqla, PSJ-ni təbrik etmək istərdim. Çünki mənim fikrimcə, PSJ dünyanın ən yaxşı komandasıdır. Mən heç vaxt topla belə performans görməmişəm".

"Karvan-Yevlax" baş məşqçi ilə yollarını ayırdı
"Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Bu barədə Urbaninfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünü 15 xalla sonuncu sırada bitirən "Karvan-Yevlax" I Liqaya yuvarlanıb.

“Barselona” argentinalı ulduzu TRANSFER ETDİ
Argentina millisi və "Atletiko Madrid"in futbolçusu Xulian Alvares "Barselona" ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb.

Urbaninfo.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə insayder Sesar Luis Merlo sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Kataloniya klubunun rəhbərliyi hazırda Madrid təmsilçisi üçün rəsmi təklif hazırlayır. "Barselona" bu keçid üçün qarşı tərəfə heç bir oyunçusunu təklif etmək niyyətində deyil.

"Atletiko Madrid" argentinalı forvarda görə təxminən 150 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayında İngiltərənin "Mançester Siti" klubundan Madrid təmsilçisinə qoşulub. Hücumçu başa çatan mövsümdə 49 oyunda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Gülənbər Qasımova yığmadan ayrıldı
15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova yığmadan ayrılıb.

Bu barədə Urbaninfo.az-a AFFA-dan məlumat verilib.

Bildirilib ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

FİFA İranın tələbini qəbul etdi
İran millisinin 2026-cı il dünya çempionatı öncəsi təlim-məşq toplanışının yeri dəyişdirilib.

Urbaninfo.az IRNA-ya istinadən xəbər verir ki, FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib. Təlim-məşq toplanışı Meksikanın ABŞ sərhədinə yaxın, Sakit okean sahilində yerləşən Tixuana şəhərində keçiriləcək.

İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, FİFA rəsmiləri və mundial təşkilatçıları ilə İstanbulda keçirilən görüşlər, həmçinin FİFA baş katibi ilə videokonfransdan sonra bu qərar təsdiqlənib.

Komanda qrupda hər üç oyunu isə ABŞ-da keçirəcək.

Hazırda İran millisi mundial hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir. Komanda iyunun 5-dək burada məşq edəcək, mayın 29-da Qambiya, iyunun 4-də isə Mali ilə yoxlama oyunu keçirəcək. Dünya çempionatı üçün yekun 26 nəfərlik heyət isə iyunun 1-də açıqlanacaq.

"Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb
İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə mövsümün sonunda yollarını ayıracağını açıqlayıb.

Urbaninfo.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ispaniyalı mütəxəssis 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

"Mançester Siti" Qvardiolanın klubdan ayrılacağını açıqlayıb

Ançelotti Neymarla bağlı qərarından danışdı
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Santos"un hücumçusu Neymarın milli komandanın DÇ-2026 heyətinə daxil edilməsi qərarını izah edib.

Urbaninfo.az İdman.Biz-ə istinadən bildirir ki, Neymar 79 qolla Braziliya yığmasının bütün zamanların ən çox qol vuran oyunçusudur.

"Neymarın son zamanlar sabitlik nümayiş etdirdiyi və yaxşı fiziki vəziyyətdə olduğu qənaətinə gəldik", - deyə Ançelotti bildirib.

Oyunçu 2010-cu ildən bəri "selesao" böyüklər komandasında oynayır. Bu mövsüm 15 matçda altı qol vurub və dörd məhsuldar ötürmə edib.

Budo Döyüş Növləri üzrə Dünya Kuboku Yüksək Səviyyədə Təşkil Olundu — Azərbaycan İdmançıları Böyük Uğura İmza Atdılar
Budo Döyüş Növləri üzrə Dünya Kuboku Yüksək Səviyyədə Təşkil Olundu — Azərbaycan İdmançıları Böyük Uğura İmza Atdılar

14–16 may 2026-cı il tarixlərində Budo döyüş növləri üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil olunmuşdur. Beynəlxalq turnirdə Mərakeş, Türkiyə, Pakistan, İran, Əlcəzair və Azərbaycan komandaları iştirak etmiş, yarış boyunca gərgin və maraqlı qarşılaşmalar izlənilmişdir.

Mötəbər idman tədbirində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Kipr Respublikasının nümayəndəsi Üfüq xanım, Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Təlim-Tədris Sertifikatlaşdırma İdarəsinin rəis müavini Aydın Mehdiyev, “Neftçi” İdman Klubunun baş məşqçisi Güloğlan Cabbarlı və məşqçi Mais Fərəcov iştirak etmişlər.

Yarışın yekununda idmançılar yüksək peşəkarlıq nümayiş etdirərək dünya kəmərinə sahib olmuşlar.

“Neftçi” İdman Klubunun yetirmələri də yarışda uğurlu nəticələr əldə etmişlər:

• Fərəcov Rais Mais — 65 kq
• Fərəcov Şakir Mais — 45 kq

Yarış çərçivəsində Azərbaycan–Türkiyə dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, Azərbaycanda idmanın inkişafı və ölkəmizin beynəlxalq arenada layiqincə tanıdılması istiqamətində göstərdiyi xidmətlərə görə “Neftçi” İdman Klubunun baş məşqçisi Güloğlan Cabbarlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün tərəfindən xüsusi təltifə layiq görülmüşdür.

Qeyd edək ki, beynəlxalq səviyyəli bu mötəbər yarış idman sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi, gənclərin sağlam həyat tərzinə təşviqi və döyüş sənətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
Misli Premyer Liqasının XXXII turunun "Karvan-Yevlax" - "Qəbələ" oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Urbaninfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

- Futbolçuları oyuna kökləmək çətin idi. Çünki son oyunda uduzmuşduq və liqanı tərk edəcəyimiz dəqiqləşmişdi. Bilirdik ki, çətin matç olacaq.İstəyirdik ki, azarkeşlərimizin önündə qələbə qazanaq. Bunun üçün imkanlarımız var idi. Amma xırda səhvlərdən rəqib qollar vurdu. Premyer Liqa oyunlarının taleyini kiçik detallar həll edir. Belə səviyyədə hər nüansa diqqət etmək lazımdır. Çox məyusam, amma nə etmək olar? Həyat davam edir. Futbolçulara əziyyətlərinə görə təşəkkür edirəm.

- Oyunun birinci hissəsi sönük keçdi. Lakin fasilədən sonra aktivləşdiniz. Futbolçulara nə dediniz ki, belə oynadılar?

- Birinci yarıda hücumda kəsərsiz oynayırdıq, rəqib müdafiəsi rahat topları alırdı. Fasilədən sonra əvəzetmə etdik və daha yaxşı olmağa başladıq. Amma təəssüflər olsun ki, qol vurduqdan sonra ardıcıl qollar da buraxdıq. Yenə deyirəm, futbolçuları motivasiya etmək çox çətin oldu.

- Klubdakı taleyiniz necə olacaq?

- Onu deyə bilərəm ki, çempionat davam edir və hələ rəhbərliklə konkret danışığımız olmayıb. Liqanın sonunda görüşəcəyik. Hazırda müqaviləm var və işimdəyəm. Vicdanla işimi sona çatdıracağam. Bundan sonra rəhbərliklə görüşümüz olacaq. Daha iddialı olacağıqsa, bu işə varam.

- İddia olmazsa bəs?

- İstəyirəm ki, yenidən Premyer Liqaya qayıdaq. Olmayacaqsa, digər təklifləri dəyərləndirəcəyəm.

- Təklif var?

- İndi danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Əvvəlcə klubla danışacağıq və alınsa, qalacağam.

- Komanda haqda hansı planlarınız var?

- İstəyirəm ki, möhkəm komanda quraq. Bunun üçün imkanlarımız var. Hər şey arzu etdiyimiz kimi olsa, yenidən elitaya qayıda bilərik.

- Demək olar, komanda üçün mövsüm bitib. Digər işlərə başlamağa gecikmirsiniz?

- Qarşıda bir oyun var. Hər futbolçunun müqaviləsi mövsümün sonuna qədər keçərlidir. İşimizi layiqincə görməliyik. Bu gün də futbolçular vicdanla vuruşdular. Son matçda da belə oynamalıyıq. Qalan məsələlər rəhbərlikdən asılı olacaq.

- Komandada I Liqada qalıb, oynamaq istəyən futbolçular var?

- Açığı, öz yanımdan nəsə deyə bilmərəm. Düşünürəm ki, yaxşı təkliflər olsa, onlar da istəyərlər.

- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundur?

- Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarla münasibətim hər zaman yaxşı olub. Bəzən hansısa oyunçu ilə soyuqluq yarana bilər, o da onun qazandığı şansla bağlıdır. Futbolçularla danışıqlar zamanı istəyirik ki, münasibəti daha yaxşı edək. Ambisiyalı adamam, istəyirəm ki, yaxşı olaq. Karyeramda heç vaxt bu qədər uduzmamışdım, içim yanır. Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyəti qəbul edə bilmərəm. Futbolçuları motivasiya edirəm ki, oynayaq, qalib gələk, döyüşək.