Həbib Rusiyadakı biznesindən tamamilə ayrılıb.
Həbib Rusiyadakı biznesindən tamamilə ayrılıb.
UFC döyüşçüsü Həbib Rusiyadakı biznesindən tamamilə ayrılıb və BƏƏ-yə investisiya qoyur.
Mash-ın məlumatına görə, keçmiş Ultimate Fighting Championship (UFC) yüngül çəki çempionu Həbib Nurməhəmmədov Rusiyadakı biznesini tamamilə bağlayıb və BƏƏ-dəki layihələrə diqqət yetirir.
Hazırda idmançının əsas gəliri xaricdən gəlir və ildə 46-50 milyon dollar təşkil edir.
2018-ci ilin oktyabr ayında Həbib UFC 229-da Konor Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb.
Həbib Nurməhəmmədovun son döyüşü 2020-ci ilin payızında UFC turnirində amerikalı Castin Qeyci məğlub edərək baş tutub. Döyüşdən dərhal sonra o, peşəkar boksdan ayrıldığını elan edərək anasına atası olmadan döyüşməyəcəyinə söz verdiyini bildirib. Təqaüdə çıxdıqdan sonra Nurməhəmmədov Eagle FC promouşenini təsis edib.
Sosial şəbəkələrdə paylaş
