
Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycanın təmsilçisi Zelim Kotsoyev mübarizəni davam etdirir.
100 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/32 finalda türkmənistanlı Baymırat Majanovu, 1/16 finalda isə slovakiyalı Benyamin Mataseyi məğlub edib. Sonuncu görüşdə Kotsoyev rəqibini ipponla üstələyib.
Cüdoçumuz növbəti mərhələdə Rusiyanı təmsil edən Arman Adamyanla üz-üzə gələcək.