Bu gün iki oyun var
Misli Premyer Liqasında VII tura start verilir
Misli Premyer Liqasının VII turu bu gün keçiriləcək iki oyunla başlayacaq.
İlk qarşılaşmada “Araz-Naxçıvan” və “Kəpəz” komandaları meydana çıxacaqlar. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Saat 19:30-da isə “Neftçi” ilə “Sabah” üz-üzə gələcək. Qarşılaşma “Palms Sports Arena”da keçiriləcək.
Xatırladaq ki, turun oyunları oktyabrın 11-dək davam edəcək.
VII turun oyun cədvəli
9 oktyabr
16:00 – “Araz-Naxçıvan” – “Kəpəz”
Baş hakim: Rəşad Əhmədov.
Köməkçi hakimlər: Elşad Abdullayev, Tərlan Talıbzadə.
Dördüncü hakim: Niyaz Əhmədov.
Stadion: Şamaxı şəhər stadionu.
19:30 – “Neftçi” – “Sabah”
Baş hakim: Rauf Cabarov.
Köməkçi hakimlər: Akif Əmirəli, Vüsal Məmmədov.
Dördüncü hakim: Emin Əliyev.
Stadion: “Palms Sports Arena”.
