Elvin Cəfərquliyevin zədəsi ilə bağlı açıqlama
“Qarabağ” futbolçunun bərpa prosesini nəzarətdə saxlayır
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin müalicə və reabilitasiya prosesi davam edir.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçunun bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında mərhələli şəkildə həyata keçirilir. Onun komandanın məşqlərinə nə vaxt qoşulacağı ilə bağlı dəqiq məlumat daha sonra açıqlanacaq.
Müayinələr nəticəsində E.Cəfərquliyevin sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə müəyyən edilib.
Sosial şəbəkələrdə paylaş