Qurban Qurbanova həsr olunan xüsusi futbol topu hazırlandı
“Radius”un 2026-cı il “Canlı əfsanələr” kolleksiyası təqdim edilib
“Radius”un “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyası təqdim olunub.
Bu ilin kolleksiyasının qəhrəmanı Azərbaycan futbolunun inkişafında mühüm xidmətləri olan və ölkə futbolunun müasir tarixində xüsusi yer tutan Qurban Qurbanovdur.
“Qarabağ” Futbol Klubunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində Qurban Qurbanovun imzasını daşıyan xüsusi dizaynlı futbol topu hazırlanıb.
Top Azərbaycan futbolunun uğurlarını, formalaşmış dəyərləri və futbol azarkeşlərini birləşdirən qürur hissini ifadə edən xüsusi kolleksiya nümunəsi kimi təqdim edilir.
Məhdud sayda hazırlanan toplar noyabrın sonunadək “Radius”un müştərilərinə təqdim olunacaq.
Qeyd edək ki, Qurban Qurbanov “Canlı əfsanələr” layihəsinin 2026-cı il kolleksiyasının ilk qəhrəmanıdır. Layihənin növbəti illərdə digər görkəmli şəxsiyyətlərə həsr olunmuş kolleksiyalarla davam etdirilməsi nəzərdə tutulur.
