Azərbaycana məğlubiyyət istefa gətirdi
Litva millisinin baş məşqçisi vəzifəsindən ayrılıb
Litva yığmasının baş məşqçisi Edqaras Yankauskas istefa verib.
Mütəxəssis Millətlər Liqasında Azərbaycan millisinə 0:1 hesabı ilə uduzduqdan sonra federasiya rəhbərliyi ilə görüşüb və vəzifəsindən ayrılmaq qərarına gəlib.
Yankauskas 2023-cü il fevralın 1-dən Litva milli komandasına rəhbərlik edirdi.
Sosial şəbəkələrdə paylaş
