Dünya çempionu Prezidentə təşəkkürünü çatdırdı
Əhməd Yusifov İlham Əliyevlə görüşündən danışıb
Cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifov Prezident İlham Əliyevlə görüşündən sonra paylaşım edib.
İdmançı “Instagram” hesabında Prezidentə təşəkkürünü bildirib.
“Cənab Prezident, məni qəbul etdiyiniz, dünya çempionluğum münasibətilə təbrik etdiyiniz və dəyərli sözlərinizlə mənə əlavə ruh verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm”, - Ə.Yusifov yazıb.
O, doğma Bakıda Azərbaycan bayrağını yüksəltməyin və dünya çempionu olmağın böyük qürur olduğunu vurğulayıb.
Ə.Yusifov qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil etmək və yeni uğurlar qazanmaq üçün əlindən gələni edəcəyini qeyd edib.
Sosial şəbəkələrdə paylaş

