Hidayət Heydərov dünya çempionatında ilk qələbəsini qazanıb
Azərbaycan cüdoçusu 1/8 finala yüksəlib
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisinin üzvü Hidayət Heydərov ilk görüşünü keçirib.
73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya və dünya çempionu 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.
Hidayət Heydərov rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Azərbaycan cüdoçusu 1/8 finalda Finlandiya təmsilçisi Olin Valtteri ilə üz-üzə gələcək.
Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycanı 57 kq çəki dərəcəsində Xədicə Qədəşova, 73 kq-da isə Hidayət Heydərov və Rəşid Məmmədəliyev təmsil edir.
Təsnifat mərhələsi saat 10:30-da, final bloku saat 18:00-da başlayacaq.
Sosial şəbəkələrdə paylaş
