Cüdo üzrə dünya çempionatı
Dörd Azərbaycan cüdoçusu tatamiyə çıxıb
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci yarış günü keçirilir.
Azərbaycanı bu gün dörd idmançı təmsil edir. 66 kq çəki dərəcəsində Ruslan Paşayev ilk görüşündə türkmənistanlı Sərdar Rəhimovu məğlub edib. O, 1/8 finalda İtaliya təmsilçisi Valerio Aççoqliyə uduzub.
Nizami İmranov isə Gürcüstan cüdoçusu Važa Margelaşvilini məğlub edərək növbəti mərhələyə adlayıb. O, 1/16 finalda Rusiya təmsilçisi Ramazan Abdullayevə məğlub olub.
Bu çəkidə digər təmsilçimiz Turan Bayramov isə ilk görüşündə Finlandiya cüdoçusu Saşa Luukasa uduzub.
52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva İsrail təmsilçisi Gefen Primoya qalib gələrək 1/8 finala yüksəlib.
Xatırladaq ki, Azərbaycan millisinin aktivində hazırda bir medal var. Əhməd Yusifov 60 kq çəki dərəcəsində bürünc medal qazanıb.
