Jurnalist: “Fənərbaxça” Azərbaycandakı oyun üçün pul alıb
Türkiyəli jurnalist Emre Bol “Fənərbaxça”nın “Turan Tovuz”la yoldaşlıq görüşü keçirməsinin səbəbini açıqlayıb.
O bildirib ki, İstanbul klubu bu qarşılaşmaya görə ödəniş alıb və hazırda komandanın gəlir əldə etməyə ehtiyacı var.
“Əvvəlcə əsəbiləşdim və düşündüm ki, Azərbaycanda yoldaşlıq matçında nə işiniz var? Türkiyədə komanda yoxdur? Lakin bunun üçün pul aldıqlarını öyrəndim. Buna görə artıq bir söz demirəm. “Fənərbaxça”nın hazırda pul qazanmağa ehtiyacı var”, - Emre Bol deyib.
Xatırladaq ki, Bakıdakı qarşılaşmada “Fənərbaxça” “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.
Matç zamanı Meyson Qrinvudun qırmızı vərəqə almasından sonra gərginlik yaşanıb. Mateo Genduzi komandanı meydandan çıxarmaq istəsə də, danışıqlardan sonra oyun davam etdirilib.
[video=]
Sosial şəbəkələrdə paylaş
