Türkiyə millisi Belçikaya qarşı oynayacaq
Millətlər Liqasında A Liqasının 1-ci qrupunda növbəti oyunlar keçiriləcək.
Türkiyə milli komandası UEFA Millətlər Liqasında növbəti görüşünü bu gün keçirəcək.
“Ay-ulduzlular” A Liqasının 1-ci qrupunda Belçikanın qonağı olacaq. Qarşılaşma saat 22:45-də başlayacaq.
Digər qarşılaşmada Fransa seçməsi doğma meydanda İtaliya ilə üz-üzə gələcək.
Türkiyə yığması qrupda keçirdiyi ilk iki oyunda məğlub olub. Komanda 0 xalla sonuncu sıradadır.
Sosial şəbəkələrdə paylaş
