Zidanın qol sevinci gündəm oldu
Fransa millisinin çalışdırıcısı Belçika ilə oyunda Olisenin qoluna çılğın şəkildə sevindi
Fransa millisinin baş məşqçisi Zinnədin Zidan Belçika üzərində 1:0 hesablı qələbə qazandıqları matçdakı qol sevinci ilə diqqət çəkib.
Qarşılaşmanın 88-ci dəqiqəsində Maykl Olisenin vurduğu qola Zidanın çılğın şəkildə sevinməsi müzakirələrə səbəb olub.
“Bilirdim ki, bu, böyük müzakirə mövzusu olacaq. Amma həmin qola sevinmək istədim”, - deyə Zidan matçdan sonra bildirib.
Sosial şəbəkələrdə paylaş
