Bolqarıstanda futbol dünyasını sarsıdan qətl
Bolqarıstanın “Botev” futbol klubunun prezidenti İliyan Filipov güllələnərək öldürülüb.
Hadisə ötən gecə baş verib. İlkin məlumata görə, klub rəhbərinə odlu silahdan atəş açılıb və o, baş nahiyəsindən aldığı güllə yarası nəticəsində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Qətlin motivləri və hadisənin digər detalları müəyyənləşdirilir.
İliyan Filipovun ölümü “Botev” klubu və Bolqarıstan futbol ictimaiyyətində ciddi rezonans doğurub.
Sosial şəbəkələrdə paylaş
